Lənkəranlı güləşçilər Bakıda keçirilən beynəlxalq turnirdən medalla qayıdıblar
Bakı şəhərində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə lənkəranlı güləşçilər iki medal qazanıblar.

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və Özbəkistan idmançıları da qələbə uğrunda mübarizə aparıblar.

Sərbəst və yunan-Roma güləşçilərinin iştirak etdiyi beynəlxalq yarışda Lənkəran rayonunu yunan-Roma güləşi üzrə beş idmançı təmsil edib. Komandanın heyətində 46 kiloqram çəki dərəcəsində Araz Şükürzadə və Elçin Quluzadə, 54 kiloqramda Tərlan Səlimli, 76 kiloqramda Nurlan Kərimov, 85 kiloqramda isə Mirsabir Qurbanov rəqiblərini sınağa çəkib.

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialını təmsil edən bu idmançılardan ikisi mükafatçılar sırasına düşə bilib. Araz Şükürzadə yalnız finalda uduzmaqla gümüş, Nurlan Kərimov isə bürünc medal qazanıb.

Xəbər 785 dəfə oxundu.