Aleksander Çeferin: 2018-ci il mundialının Rusiyadan alınmasında heç bir rasional və hüquqi əsas yoxdur
UEFA-nın prezidenti Aleksander Çeferin 2018-ci il futbol üzrə dünya çempionatının təşkilatçılıq hüququnun Rusiyadan alınmasına əsas görmür.

Bu barədə A.Çeferin TASS-a müsahibəsində deyib: “2018-ci il mundialının Rusiyadan alınmasında heç bir rasional və hüquqi əsas yoxdur. Mən əminəm ki, Rusiya Futbol İttifaqı və yerli Təşkilat Komitəsi əla fəaliyyət ortaya qoyacaqlar. 2018-ci ildə bizi möhtəşəm çempionat gözləyir. Bu məsələyə görə qətiyyən narahat deyiləm”.

Bununla yanaşı, qitə futbol qurumunun rəhbəri bildirib ki, UEFA bayrağı altında keçirilən yarışlarda Rusiya idmançılarından götürülən dopinq nümunələrində heç bir spesifik problem qeydə alınmayıb.

Xəbər 848 dəfə oxundu.