Taekvando üzrə respublika birinciliyi davam edir
Azərbaycan Taekvando Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən respublika birinciliyi davam edir.

Turnirin birinci günündə qızların yarışında 42 kiloqram çəki dərəcəsində birinci yeri Mirvari Qənbərli tutub. Oğlanların yarışında isə Bəhruz Quluzadə (45 kq), Əbülfət Zülfüqarov (55 kq) və Mehdi Tağıyev (78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın ikinci günündə oğlanlar 48, 51, 63, 73 kiloqram, qızlar isə 44, 49, 68 və 68 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizəyə aparacaqlar.

Turnirdə Bakıda və bölgələrdə fəaliyyət göstərən komandaların təmsilçiləri medallar uğrunda yarışırlar.

Xəbər 870 dəfə oxundu.