“Neftçi”-“Tosno” oyunu heç-heçə yekunlaşıb | |
Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Komandamız Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb. “Bellis Deluxe” otelinin meydançasında keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. “Neftçi”nin qollarını Ramon Kardozo və Murad Ağayev vurublar. Bakı təmsilçisi daha əvvəl yerli “Sivasspor” komandası (0:0) ilə heç-heçə oynayıb, “Nasaf”a (Özbəkistan) 0:1 və “Kukesi”yə (Albaniya) 2:4 hesabı ilə məğlub olub. |
|
Xəbər 838 dəfə oxundu. |
|
|