Cüdoçularımızın Avstriya toplanışı davam edir
Cüdo üzrə Azərbaycan milli komandaları geniş heyətlə Avstriyada səfərdədir.

Cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər. Toplanışda əsas milli komanda, qadınlar, gənclər və paralimpiya yığmalarımız iştirak edirlər.

Qeyd edək ki, hər il ənənəvi olaraq Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları təmsil olunurlar. Dünyanın 50-yə yaxın ölkəsindən 850 cüdoçu bu il keçiriləcək Avropa və dünya çempionatlarına, eləcə də beynəlxalq yarışlara hazırlaşırlar. Təlim-məşqdə Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı Olimpiya çempionları - çexiyalı Lukas Krpalek, Rusiyadan Həsən Xalmurzayev, Beslan Mudranov, kosovolu Maylindi Kelmendi və digər məşhur kimano ustaları iştirak edirlər.

Cüdoçularımızın Mittersill toplanışına yanvarın 18-də yekun vurulacaq

Xəbər 642 dəfə oxundu.