Çin Futbol Federasiyası klublara legioner limiti tətbiq edib
Çin Futbol Federasiyası klublara legioner limiti tətbiq edib.

Bundan sonra komandaların 18 nəfərdən ibarət iştirakçı siyahısında beş, meydanda isə maksimum 3 əcnəbi futbolçu yer ala bilər. Qurumun yeni qaydalarına əsasən, komanda iştirakçı siyahısına 23 yaşadək olan iki futbolçu daxıl edərək onlardan start heyətə təkcə birini buraxa bilər.

Yenilikdən əvvəl Çin Superliqasında klubların iştirakçı siyahısına beş legioner futbolçu daxıl edilməsinə icazə verilirdi. Lakin onlardan biri Asiyadan olmalı və meydana isə dörd əcnəbi oyunçu (biri asiyalı olmaqla) çıxa bilərdi.

Ekspertlərin fikrincə, son vaxtlar Çin klublarının nəhəng transfer məbləğı ilə legioner ulduz futbolçuları heyətlərinə cəlb etməsi bu kimi qadağalara gətirib çıxarıb. Bu yaxında argentinalı hücumçu Karlos Tevesin “Boka Xuniors”dan Çinin “Şanxay Şenxua” klubuna transferi onu futbol aləmində ən ödənişlı futbolçuya çevirib. Tevesin illik qazancı 37,5 milyon avro (722 min avro) təşkil edəcək.

Hazırda qardaş Türkiyə millisindən Burak Yılmaz “Beijing Guoan”da çıxış edir. “Şanxay Şenxua” isə Arda Turanla yeni müqavilə imzalayıb. Halk, Oskar, Esekyel Lavessi, Ramires, Jekson Martines, Jervinyo, Aksel Vitsel və digər tanınmış futbolçular Çində transfer həyatı yaşayır.

Xəbər 758 dəfə oxundu.