Bakıda döyüş növləri üzrə festivalda 500-dək idmançı birincilik uğrunda mübarizə aparıb
Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Muay-Tay və Alpaqut federasiyaları, Döyüş Növləri Assosiasiyalarının təşkilatçılığı ilə festival keçirilib.

Döyüş növləri üzrə festivalda Azərbaycan, Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan və Pakistandan 500-dək idmançı iştirak edib. Festival çərçivəsində idmançılar alpaqut, sərbəst döyüş, muay-tay və ciu-citsu üzrə yarışlarda 13 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Uşaqlar, yeniyetmələr və gənclər arasında təşkil olunan festivalın qalibləri Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.

Xəbər 1786 dəfə oxundu.