“Fənərbaxça”-“Hapoel” görüşünü azərbaycanlı hakim idarə edəcək
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev kişi voleybol komandaları arasında CEV kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Hapoel” (İsrail) görüşünün baş hakimi olacaq. Ona yunanıstanlı həmkarı Emmanuel Qeorqiadis kömək edəcək.

Görüş yanvarın 18-də İstanbulda təşkil olunacaq.

Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 634 dəfə oxundu.