İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib
Yanvarın 15-də İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib.

Turun ən gərgin və maraqlı qarşılaşması “Sevilya” ilə Madridin “Real” klubları arasında oynanılıb. Bu görüşdə meydan sahibləri “Kral” klubuna 2:1 hesabı ilə qalib gələrək paytaxt təmsilçisinin 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyublar.

Qeyd edək ki, “Kral” klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının dörddəbir finalının ilk matçında səfərdə Almaniyanın “Volfsburq” klubu qarşısında almışdı (0:2).

Xəbər 776 dəfə oxundu.