Azərbaycan millisi İran yığmasına qalib gəlib
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 15-də 9-16-cı yerlər uğrunda görüşdə İran komandası ilə qarşılaşıb.

Sankt-Peterburqda keçirilən oyun futbolçularımızın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qarşılaşmada vurulmuş yeganə qolun müəllifi Doğukan Öksüz olub.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xəbər 772 dəfə oxundu.