Dani Kintana: Məqsədimiz ardıcıl dördüncü dəfə çempion olmaqdır
Hələ mövsümün başa çatmasına üç ay var. Biz yaranmış fasilədə hazırlıqları davam etdiririk ki, gələcək aylarda da yaxşı nəticə qazanaq. Düzdür, fiziki hazırlıq çox yorucu olur. Ancaq qızıl medalları qazanmaq istəyiriksə, bunu etməliyik.

Bu sözləri Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubunun futbolçusu Dani Kintana deyib.

Futbolçu bildirib ki, komandası qış fasiləsinə turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qəbələ”dən cəmi bir xal öndə yollanıb. “Bir xallıq fərq bizim üzərimizdə təzyiq yaratmır. Əsas məqsədimiz ardıcıl dördüncü dəfə çempion olmaqdır. Amma "Qəbələ"nin də çempionluq yarışında olması əlavə motivasiya yaradır. Komandamda funksiyam dəyişib. Bu mövsüm bir neçə oyun meydanda olmadım, ona görə az qol vura bildim. Çalışacağam ki, mövsümün qalan hissəsində qolların sayını artırım”, - deyə Dani Kintana əlavə edib.

Xəbər 802 dəfə oxundu.