Bakıda 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə güləş üzrə beynəlxalq turnir keçirilir
Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir keçirilir.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edirlər. İlk yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində 190 sərbəst güləşçi mübarizə aparır.

Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Xəbər 670 dəfə oxundu.