İspaniya kubokunda komandalar dörddəbir finaldakı rəqiblərini tanıyıblar
Futbol üzrə İspaniya kubokunda dörddəbir final mərhələsinin püşkü atılıb.

Püşk nəticəsində “Real Sosyedad” “Barselona”ya, “Selta” “Real Madrid”ə, “Atletiko” “Eybar”a, “Alkorkon” isə “Alaves”ə rəqib olub.

İlk görüşlər yanvarın 18-19-da və cavab qarşılaşmaları isə yanvarın 25-26-da oynanılacaq.

Xəbər 785 dəfə oxundu.