“Şəmkir” komandası Antalyada “Kuşadası” klubuna minimal hesabla qalib gəlib
Antalyada təlim-məşq toplanışında “Şəmkir” futbol klubu ilk yoxlama oyununda qüvvəsini sınayıb.

Birinci divizion təmsilçisi yerli “Kuşadası” komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Şəmkir” minimal hesablı qələbə qazanıb – 1:0.

Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində Etibar Süleymanov vurub.

Xəbər 743 dəfə oxundu.