Təbriz klubu İran çempionatında liderliyi ələ keçirib
Futbol üzrə İran çempionatında XVI turun oyunları keçirilir.

Təbrizi təmsil edən “Traktorsazi” bu tur səfərdə “İstiqlal” (Xuzestan) komandasının qonağı olub. Oyun təbrizlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Traktorsazi” bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıraraq, turnir cədvəlinin zirvəsinə yüksəlib.

Xəbər 700 dəfə oxundu.