“Neftçi” milli komandamızın üzvü ilə müqavilə bağlayıb
Bakının “Neftçi” futbol klubu transfer işlərini davam etdirir.

Komanda millimizin üzvü Ruslan Abışovla ilyarım müddətinə müqavilə bağlayıb.

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər-Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ” və “İnter" klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.

Xəbər 711 dəfə oxundu.