Güləş üzrə Azərbaycan çempionatının ikinci gününün finalçıları müəyyənləşib (YENİLƏNİB)
Azərbaycan çempionatının ikinci gününün finalçıları müəyyənləşib.

Sərbəst güləş üzrə yarışlarda qızıl medal uğrunda Aleksandr Qostiyev (86 kq) Hacımurad Məhəmmədsəidovla, Nurməhəmməd Hacıyev (96 kq) Pərviz Axundovla, Cəmaləddin Məhəmmədov (125 kq) Umar İsrailovla üz-üzə gələcək.

Yunan-Roma güləşi üzrə yarışlarda həlledici görüşdə Taleh Məmmədov (59 kq) Kərim Cəfərovla, Kamran Məmmədov (66 kq) Azad Əliyevlə, Rüstəm Əliyev (71 kq) isə İslambek Dadovla qarşılaşacaq.

10:51

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.

İkinci yarış günündə 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50 sərbəst, 59, 66 və 71 kiloqram çəkidə 114 yunan-Roma güləşçisi, ümumilikdə 164 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirir.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Xəbər 693 dəfə oxundu.