Çempionlar Liqası: “Azərreyl” komandası “Fənərbağça” ilə qarşılaşıb
Yanvarın 11-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirib.

Bakı təmsilçisi İstanbulda Burhan Felek Voleybol Salonunda yerli “Fənərbağça” komandasının qonağı olub.

Bolqarıstanlı baş hakim İvaylo İvanovun idarə etdiyi oyunda “Fənərbağça” 3:0 hesabı ilə qalib gəlib.

Baş məşqçi Famil Ağayevin yetirmələri növbəti oyununu fevralın 9-da doğma meydanda Fransanın “Saint-Rafael” komandasına qarşı keçirəcəklər.

Bakı təmsilçisi Çempionlar Liqasının “C” qrupunda ilk oyununu Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasına qarşı keçirib və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 677 dəfə oxundu.