“Kəpəz” klubu məşqlərə başlayıb
Gəncənin “Kəpəz” futbol klubu çempionatın ikinci yarısı üçün hazırlığa başlayıb.

Futbolçu heyəti və məşqçilər korpusu Bakıda bir araya gəlib.

“Sarı-göylər”in ilk məşqi Mərdəkanda dəniz kənarında olub. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq yüngül qaçışla davam edib.

2017-ci ilin ilk məşqində legionerlərdən Tadas Simaitis və Serjio Kosta iştirak ediblər. Julien Ebah, Dario Frederiko və Renan Alves isə bu gün düşərgəyə qoşulacaqlar. Son üç futbolçunun gecikməsi Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuşların ləğvi ilə bağlıdır.

Xəbər 736 dəfə oxundu.