Yığmamız Valentin Qranatkin turnirində Qazaxıstanla qollu heçə-heçə edib
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə ikinci turun oyunlarına start verilib.

Azərbaycanı təmsil edən 19 yaşadək futbolçulardan ibarət milli komanda yanvarın 11-də növbəti matçını keçirib. Rəqib Qazaxıstanın eyni yaş qrupuna aid komandası olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda litvalı həmyaşıdlarına 1:2 hesabı ilə uduzub. Buna görə məğlubiyyət ilk iki yeri tutaraq mükafatlar uğrunda yarışmaq şansımızın itməsi demək idi. Millimizin yer aldığı “C” qrupunun digər görüşü Litva və Slovakiya yığmaları arasında olacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək. Dörd qrupda ilk iki yeri tutanlar dörddəbir finala yüksələcəklər. Sonrakı iki pillənin sahibləri isə 9-16-cı yerlər uğrunda mübarizə aparacaqlar.


Xəbər 772 dəfə oxundu.