Cüdoçularımız Avstriyada təlim-məşq toplanışı keçəcəklər
Cüdo üzrə Azərbaycan milli komandası geniş heyətlə Avstriyaya yollanıb.

İdmançılarımız Mittersil şəhərində təlim-məşq toplanışı keçəcəklər.

Toplanışa əsas millinin, qadınlar, gənclər və paralimpiya komandalarımızın üzvləri cəlb olunub.

Hər il ənənəvi qaydada təşkil edilən Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları təmsil olunurlar.

Təlim-məşq toplanışına yanvarın 18-də yekun vurulacaq.

Xəbər 715 dəfə oxundu.