“Səbail” klubu iki futbolçu ilə heyətini gücləndirib
İkinci dövrənin hazırlıqlarını davam etdirən “Səbail” futbol klubu transfer çalışmalarına başlayıb.

Birinci divizion təmsilçisi heyətini iki oyunçu ilə gücləndirib.

“Rəvan”ın müdafiəçisi Aslan Hüseynovun keçidini həll edən komanda 22 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb. “Neftçala”nın da formasını geyinmiş A.Hüseynov, eyni zamanda dəfələrlə U-17 millimizin heyətində də çıxış edib.

Aşağı dəstə təmsilçisinin ikinci transferi isə son mövsümü “Zaqatala”da keçirmiş Ruslan Tağızadə olub. İyirmi üç yaşlı sağ cinah müdafiəçisi ilə isə 1,5 illik anlaşmaya imza atılıb.

U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində “Neftçi”, “Abşeron”, “Sumqayıt”, AZAL, “Qəbələ” və “Zaqatala”da çıxış edib.

Xəbər 788 dəfə oxundu.