FIFA: 2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsində 48 komanda yarışacaq | |
FIFA İcraiyyə Şurası dünya futbol tarixində ilk dəfə meqaçempionat keçirmək barədə qərar qəbul edib. İlk dəfə 2026-cı ildə keçiriləcək geniş tərkibli dünya çempionatında 48 yığma komanda iştirak edəcək. Çempionat hər birində 3 komanda olmaqla 16 qrupda təşkil olunacaq. Almaniya başda olmaqla bir sıra ölkələr hazırkı formatın dəyişdirilməsinə qarşı ciddi müqavimət göstərir. Lakin FIFA-nın yeni rəhbəri Cianni İnfantino öz vədlərindən birini yerinə yetirməyə nail oldu. Xatırladaq ki, C.İnfantino FIFA-nın prezidenti seçildiyi vaxt dünya çempionatlarında iştirakçıların sayını artırmaqla nisbətən kiçik ölkələrin də mundialda iştirak edə bilmələrinin vacibliyini qeyd etmişdi. AZƏRTAC |
|
Xəbər 793 dəfə oxundu. |
|
|