137 ölkə arasında 18-ci
Futzal üzrə milli komandaların reytinqi açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan yığması 137 ölkənin yer aldığı siyahıda 18-ci pillədə qərarlaşıb. Hesabında 2060 xal olan Joze Alesio da Silvanın yetirmələrinin Dünya çempionatı-2012-nin pley-off mərhələsindəki rəqibi Rusiya daha yüksək mövqedədir.

Şimallılar 2223 xalla 13 pillə öndə - 5-ci sıradadır. Reytinqə son Avropa çempionu İspaniya başçılıq edir – 2361. Pireneylilər son dünya çempionu Braziliyanı cəmi 2 xal qabaqlayır. 3-cü olan italiyalıların hesabında isə 2259 xal var.

Xəbər 1138 dəfə oxundu.