“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə “ASAN Radio” arasında əməkdaşlıq memorandumu imzalanıb
Yanvarın 10-da Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ilə “ASAN Radio” arasında informasiya və digər sahələrdə əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və “ASAN Radio”nun direktoru Emin Musəvi imzalayıblar.

Xəbər 646 dəfə oxundu.