“Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq
Hazırlığın ikinci mərhələsini Antalyada keçirəcək “Zirə” futbol klubu yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Komandamızın daha bir rəqibi məlum olub. Belə ki, yanvarın 18-də keçiriləcək ilk qarşılaşmada “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) üz-üzə gələcək.

“Zirə” yanvarın 22-də Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Qorna) qarşılaşacaq.

Xəbər 649 dəfə oxundu.