“Qəbələ”nin 5 futbolçusu U-21-də
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verən yığmanın heyətində “Qəbələ”nin futbolçuları da yer alıb. Belə ki, hazırlıqlarda “qırmızı-qaralar”ın 5 üzvü iştirak edır. Bunlar Qismət Alıyev, Ramil Hasanov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Roman Hüseynovdur.

Yığmamızın toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi də nəzərdə tutulub. Milli komanda yanvarın 14-də Almaniyanın “Rot-Vayss” (Erfurt), 2 gün sonra Qazaxıstanın “Okjetpes” klubları ilə görüşəcək.

Xəbər 798 dəfə oxundu.