Qusarın “Şahdağ” futbol klubuna yeni baş məşqçi təyin olunub
Qusarın “Şahdağ” futbol klubu ikinci dövrənin hazırlıqlarına yeni baş məşqçinin rəhbərliyi altında başlayıb.

Futbol üzrə Azərbaycanın çempionatının birinci divizionunda mübarizə aparan klubun yeni təyin olunan baş məşqçisi Kamran Əlibabayevdir. Vaxtilə Qusar təmsilçisinin şərəfini futbolçu kimi qoruyan K.Əlibabayev bir müddət komandanın məşqçisi də olub. Yeni işində ona məşqçi Kamran Nurəhmədov kömək edəcək.

İlk dövrədə uğurlu çıxış edə bilməyən Qusar klubu baş məşqçisi Adil Mahmudovla yollarını ayırıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 13 oyunda 15 xal toplayaraq onuncu yerdə qərarlaşıb.

İkinci dövrənin hazırlıqlarına Şövkət Orduxanov adına Qusar şəhər stadionunda başlayan “Şahdağ” qarşıdakı günlərdə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

Hazırda komanda fiziki hazırlıqlar üzərində çalışır.

Xəbər 784 dəfə oxundu.