"Neftçi" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb
Antalyada hazırlığını davam etdirən “Neftçi” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Çexiyalı Pavel Dreksa növbəti 1 ildə komandamızın formasını geyinəcək.

Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş 27 yaşlı müdafiəçi bunadək “Siqma”, “Banik” “Znoymo” və “Karvina” klublarında çıxış edib.
Pavel Dreksa “Neftçi”də 6 nömrəli forma ilə meydana çıxacaq.


Xəbər 608 dəfə oxundu.