“Neftçi” klubu Antalyada ilk yoxlama oyununu keçirib
Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komandamız Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb.

Görüşdə qapılara qol vurulmayıb. Komandamızın üstünlüyü şəraitində keçən oyunun 50-ci dəqiqəsində hakimin təyin etdiyi şübhəli penalti zərbəsini qapıçımız Maksim Vaylo dəf edib.

Xəbər 602 dəfə oxundu.