CEV razı getdi
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer Azərbaycan səfərindən razı qalıb. İdman.com.az saytının məlumatına görə, qurum rəhbəri ötən həftə Bakıda keçirilən avrokuboklar oyunu zamanı CEV-in vitse-prezidenti Yan Xronekin müşayiəti ilə birgə paytaxtımızda olub.

Onların Bakıya səfəri martın 23-26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “dördlər finalı”nın təşkilatı işləri ilə tanışlıq xarakteri daşıyıb. Meyer Azərbaycan hökumətinin gördüyü işlərdən razılıq ifadə edib. Bununla bağlı əlavə qiymətləndirmə və obyektlərə baxışın nəticəsi CEV-in İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. Həmin vaxt isə Bakıda “dördlər finalı” keçiriləcək.

Qeyd edək ki, bu mötəbər yarışda Bakının “Azərreyl” və “Rabitə” mübarizəni dayandırıblar. “Dördlər finalı”nda “Fənərbağça” (Türkiyə) “Dinamo” (Rusiya, Kazan) ilə, “Kann” (Fransa) isə “Villa Kortese” (İtaliya) ilə qarşılaşacaqlar. Qaliblər mövsümün ən güclüsünü, məğlublar isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Xəbər 1006 dəfə oxundu.