Endi Marreyin 29 oyunluq qələbə seriyasına son qoyub
Serbiyalı tennisçi Novak Cokoviç dünyanın 1 nömrəli raketka ustası Endi Marreyin 29 oyunluq qələbə seriyasına son qoyub.

Dohada keçirilən beynəlxalq turnirin finalında dünyanın 2 nömrəli tennisçisi Novak Cokoviç britaniyalı rəqibinə qalib gələrək (6-3, 5-7, 6-4) yarışın qalibi olub.

Bununla da N.Cokoviç rəqibi üzərində bütün turnirlərdə 25-ci qələbəsini qazanıb. Marrey isə bu rəqibinə 11 dəfə qalib gəlib.


Xəbər 2084 dəfə oxundu.