Cüdo üzrə seminarda praktiki təlimlər keçirilib
Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar davam edir.

Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar nəzəri hissədən sonra praktik olaraq davam etdirilib. Yüzədək ölkədən 400 nümayəndə heyətinin iştirak etdiyi tədbirdə cüdonun yeni təlim qayda və qanunlarının tətbiqi əyani şəkildə nümayiş etdirilib. Qaydalara dair geniş müzakirə və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq seminara bu gün yekun vurulacaq.

Xəbər 729 dəfə oxundu.