Azərbaycan triatlonçusu beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub
Beynəlxalq Triatlon İttifaqı idmançıların 2017-ci ildə ilk reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsovun reytinq cədvəlindəki mövqeyi dəyişməyib. Belə ki, R.Pevtsov 3209,77 xalla 17-ci pillədədir.

Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.


Xəbər 677 dəfə oxundu.