AVRO-2019-un seçmə mərhələsinin püşkatmasının tarixi və səbətləri bəlli olub
21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin püşkatmasının tarixi və səbətləri bəlli olub.

Püşkatma mərasimi yanvarın 26-da baş tutacaq.

Tədbirdə Avropanın 54 komandası iştirak edəcək. Onlar final mərhələsi İtaliyada təşkil olunacaq yarışa vəsiqələr uğrunda mübarizə aparacaq.

Püşk bu 54 komandanı hərəsində 6 komanda olmaq şərtilə 9 qrupa böləcək. İştirakçılar püşk zamanı səbətlərdə yer alacaq.

Xəbər 659 dəfə oxundu.