“Qəbələ”nin U-19 komandasının hazırlıq planı müəyyənləşib
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının hazırlıq planı bəlli olub.

U-19 Liqasında çıxış edən “qırmızı-qaralar” qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək. Baş məşqçi Halim Fıçıcının rəhbərliyi altında Antalyaya yollanacaq komandamız yanvarın 8-dən 14-dək təlim-məşq toplanışında olacaq.

Hazırlıq prosesində U-19-un yoxlama oyunları keçirməsi də nəzərdə tutulub. Bu qarşılaşmalar yanvarın 10-na, 12-nə və 14-nə planlaşdırılıb. Komanda səfərə 22 futbolçu ilə yollanacaq.

Xəbər 759 dəfə oxundu.