Afrikada 2016-cı ilin ən yaxşı futbolçusunun adı bəlli oldu
Afrikada 2016-cı ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

“Lester”in yarımmüdafiəçisi Riyad Mahrez qitəsinin ən yaxşısı adına layiq görülüb.

Afrika Futbol Konfederasiyasına (CAF) namizəd ölkələrin baş məşqçiləri və federasiya rəsmilərinin qatıldığı səsvermənin nəticəsinə əsasən, əlcəzairli oyunçu 361 səslə hamını qabaqlayıb. Onu Qabon millisinin hücumçusu Pyerr-Emerik Obameyanq (313 səs) izləyib. Qaliblər Nigeriyanın paytaxtı Abucada təşkil edilən tədbirdə mükafatlandırılıblar.

Xəbər 788 dəfə oxundu.