Ukraynalı həmyerlilərimizdən debüt qələbəsi
Kiyev Şəhər Futbol Assosiassiyasının təşkilatçılığı ilə tələbələr arasında futzal turnirinə start verilib. İdman.com.az saytının məlumatına görə, liqada 18 kollektiv 3 qrupda mübarizə aparır. Ukrayna Azərbaycan Gənclər Birliyini təmsil edən SAMU klubu, fevralın 29-da «B» qrupunda ilk oyununu keçirib.

Azərbaycanlı gənclər ilk dəfə iştirak etdiyi yarışda "Qrişenko" komandasını 4:2 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, SAMU klubu Azərbaycan Respublikası Dövlət Neft Sirkətinin və Turkiyənin «Ülkər» firmasinin köməkliyi əsasinda yaranıb.

Xəbər 994 dəfə oxundu.