Marko Verratti “Bavariya”nın marağında
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Münxenin “Bavariya” klubunun transfer marağına düşüb.

24 yaşlı futbolçu ilə şəxsən baş məşqçi Karlo Ançelotti yaxından maraqlanır.

Mənbənin məlumatına görə, söhbət Verrattinin hazırkı qış transfer pəncərəsində deyil, mövsümün son keçidindən gedir. Sövdələşmə müsbət nəticə verəcəyi halda, Verratti mövsümün sonunda Münxenə köçməli olacaq.

Paris klubunun heyətində 14 matçda iki qol vuran italiyalı yarımmüdafiəçi bir məhsuldar ötürməsi ilə də yadda qalıb.

Xəbər 787 dəfə oxundu.