“Neftçi” növbəti transferini həyata keçirib
Qış fasiləsinin ən fəal komandası olan “Neftçi” növbəti transferini həyata keçirib.

Paytaxt təmsilçisi Donetsk “Olimpik”inin müdafiəçisi Kirill Petrovla anlaşıb. Kiyev “Dinamo”sunun yetirməsi artıq bu gün “Neftçi”nin düşərgəsinə qatılacaq. Belə ki, Antalyaya yollanacaq oyunçunun axşam saatlarında rəsmi müqaviləyə qol çəkib, məşqlərə qoşulması gözlənilir. Tərəflər arasında il yarımlıq müqavilənin imzalanacaq.

Qeyd edək ki, Kirill Petrov “Neftçi”nin Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Erreradan sonra 5-ci transferi olub. Ukraynanın U-19 və U-21 yığmalarında çıxış etmiş Kirill Petrov yerli “Dinamo”, “Krivbass”, “Hoverla”, “Arsenal”, “Olimpik”lə yanaşı, Polşanın “Korona” və Qazaxıstanın “Ordabası” klublarının formasını geyinib.

Xəbər 634 dəfə oxundu.