“Fənərbaxça-Azərreyl” matçının hakimləri müəyyənləşib
Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Azərreyl”in ikinci turdakı oyununun hakim təyinatları açıqlanıb.

Komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbaxça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.

“Fənərbaxça-Azərreyl” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər 659 dəfə oxundu.