“Neftçi” klubu çexiyalı futbolçunu icarəyə götürüb
Bakının “Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Çexiyanın “Slovan” klubunda çıxış edən Zdenek Folprexti icarəyə götürüb.

İyirmi beş yaşlı yarımmüdafiəçi icarə əsasında cari mövsümün sonunadək “Neftçi”də çıxış edəcək.

“Slovan”ın idman direktoru Yan Nezmar deyib: “Zdenek çox əlverişli təklif alıb. Bu təklif “Slovan” üçün də münasibdir. Komandadakı ab-havanı dəyişmək istəyirik. Futbolçumuzun icarəyə verilməsinin xüsusi bir səbəbi yoxdur. Folprext tibbi müayinədən keçdikdən sonra hər şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, Z.Folprext Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda və Liberetsdə keçirilmiş qarşılaşmalarda 90 dəqiqə meydanda olub. “Slovan” “J” qrupunda 4 xalla sonuncu pillədə qərarlaşaraq qitə turnirində mübarizəni dayandırıb.

Xəbər 643 dəfə oxundu.