Basketbolçumuz Amil Həmzəyev Ukrayna Super Liqasında 2016-cı ili uğurla başa vurub
Basketbol üzrə milli komandamızın üzvü Amil Həmzəyev bu il Ukrayna Super Liqasında peşəkar oyunu ilə yadda qalıb.

Ukrayna Basketbol Federasiyasının məşqçilər komitəsi ölkə çempionatında ötən həftənin oyunlarına əsasən ən yaxşı beşliyi elan edib. “Kremen”də çıxış edən həmyerlimiz ikinci dəfə ölkənin simvolik beşliyinə daxil edilib.

Basketbolçumuz son iki qarşılaşmada 42 xal toplayaraq komandasının ən yaxşılarından olmağı bacarıb.

Xəbər 1609 dəfə oxundu.