2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər
2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər.

Bunu Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani açıqlayıb.

O bildirib ki, ABŞ, Kanada və Meksika mundialın birgə təşkili üçün müraciət edəcək. Montalyani iştirakçıların sayının 48-ə qaldırılmasının bir ölkənin təşkilatçılığını mümkünsüzə çevirəcəyindən belə addım atılacağını da vurğulayıb. Qurumun başçısı turnirin KONKAKAF zonasında təşkilinə ümidvar olduğunu da bildirib.

Qeyd edək ki, FIFA 2026-cı ildən mundialın final mərhələsinin iştirakçı sayını 48-ə yüksəltmək niyyətindədir.

Xəbər 860 dəfə oxundu.