Sneyder Çindən gələn təklifi qəbul etməyib
İstanbulun “Qalatasaray” klubunun hollandiyalı futbolçusu Sneyder Çindən gələn təklifi qəbul etməyib.

Çin klubundan holland futbolçuya üçillik təklif gəlib. Klub təcrübəli futbolçuya 3 ilinə 25 milyon avro maaş verməyə hazır olduğunu bildirib.

Otuz iki yaşlı yarımmüdafiəçi bu təklifi rədd edib. O, öz açıqlamasında İstanbul klubunda xoşbəxt olduğunu bildirib. “Qalatasaray” artıq mənim üçün özəl bir klubdur. Türkiyədə və İstanbulda yaşadığıma görə xoşbəxtəm və bunu pozmağa niyyətim yoxdur”, - futbolçu əlavə edib.

Xəbər 960 dəfə oxundu.