Azərbaycan voleybolçuları Lüksemburqda beynəlxalq turnirdə iştirak edəcəklər
Dekabrın 29-dan yanvarın 1-dək Lüksemburqda kişi voleybolçulardan ibarət milli komandaların iştirakı ilə Yeni ilə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycan millisi də birincilik uğrunda mübarizə aparacaq.

Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi komanda dekabrın 30-da İslandiya, bir gün sonra Lüksemburq, yanvarın 1-də isə Almaniya millisi ilə qarşılaşacaq.

Xəbər 817 dəfə oxundu.