Kavenagi karyerasını bitirmək qərarına gəlib
River Pleyt”in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib.

Karyerasının böyük hissəsini Avropada keçirən, “Bordo”, “Vilyarreal”, “Malyorka” kimi klubların formasını geyinən tanınmış 33 yaşlı argentinalı futbolçu dördqat Argentina çempionu olub.

Qeyd edək ki, o, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb.

Xəbər 704 dəfə oxundu.