“Sumqayıt” klubu Vaqif Cavadovla müqaviləyə xitam verib
“Sumqayıt” daha bir futbolçu ilə yollarını ayırıb.

Komanda rəhbərliyi yarımmüdafiəçi Vaqif Cavadovla olan müqaviləyə xitam verib.

V.Cavadovun klubla mövsümün sonunadək sözləşməsi olmasına baxmayaraq, hər iki tərəfin razılığı ilə anlaşmaya son verilib.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Premyer Liqasında 13 oyun keçirən V. Cavadov 3 qol vurub.

Xəbər 1105 dəfə oxundu.