“Zirvə” komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirin qalibi olub
AFFA-nın və UNICEF-in dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub.

Daxili İşlər Nazirliyinin idman sarayında keçirilən turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” ikinci, “Şimşək” komandası isə üçüncü yeri tutub.

Turnirin ən yaxşı oyunçusu Elşən Musayev (“Ümid”), ən yaxşı qapıçısı Süleyman Osmanlı (“Zirvə”) və ən məhsuldar futzalçısı isə Nurlan Fətullazadə (“Zirvə”) seçilib.

Xəbər 1286 dəfə oxundu.