“Qarabağ” klubu Türkmənistan, Rumıniya, Qazaxıstan və Polşa komandaları ilə üz-üzə gələcək
Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının III dövrəsinin hazırlığına Antalyada start verəcək.

Yanvarın 5-də səfərə yollanacaq “Qarabağ” “IC Santaı” otelində məskunlaşacaq.

“Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Belə ki, Ağdam təmsilçisi yanvarın 15-də Türkmənistanın “Aşqabad”, üç gün sonra Rumıniyanın “Styaua”, yanvarın 22-də Qazaxıstanın “Atırau” (Qazaxıstan) və Polşanın “Termalitse” komandaları üz-üzə gələcək.

Xəbər 1071 dəfə oxundu.